İbrahimoviçdən yeni rekord

saytların hazırlanması

Evə çatdırılma

İbrahimoviçdən yeni rekord

İdman

16 Sentyabr 2019 21:03 1073


“Los Anceles Qalaksi”nin hücumçusu Zlatan İbrahimovç yeni rekorda imza atıb.

"Yeni Sabah" xəbər verir ki, isveçli forvardın rekordu MLS liqasının 25-ci turunda “Sportinq Kanzas Siti”ni məğlub etdikləri (7:2) görüşdə qeydə alınıb.

Matçda het-trik edən 38 yaşlı futbolçu mövsümdəki qollarının sayını 26-ya çatdırıb. Zlatan bununla da, “Los Anceles Qalaksi”nin heyətində bir mövsümdə ən çox qol vuran futbolçu olub. Pepperoni pizza

Qeyd edək ki, İbrahimoviçdən əvvəl bu rekord Karlos Ruisə aid idi. Ruis 2002-ci ildə bir mövsümdə 24 qol vurmuşdu.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!