İcbari tibbi sığorta çərçivəsində müştərək maliyyələşmə məbləğinə dair yeni qərar

saytların hazırlanması

Evə çatdırılma

İcbari tibbi sığorta çərçivəsində müştərək maliyyələşmə məbləğinə dair yeni qərar

Sosial

24 Fevral 2026 11:55 294


Milli Məclis icbari tibbi sığorta çərçivəsində müştərək maliyyələşmə məbləğinin ödənilməsinin 1 il uzadılmasını qəbul edib.

"Yeni Sabah" xəbər verir ki, bununla bağlı "Tibbi sığorta haqqında" qanuna dəyişiklik parlamentin bugünkü plenar iclasında müzakirə edilib.

Dəyişiklik layihəsinə əsasən, ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ixtisaslaşdırılmış həkim müayinəsi ilə bağlı tibbi xidmətlərdən istifadə etdikdə sığortaolunan müştərək maliyyələşmə məbləği ödəməlidir. Pepperoni pizza

Dəyişikliyə görə, sözügedən maddə 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Xatırladaq ki, müştərək maliyyələşmə məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindən ödənilən hissəsidir.

Layihə müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!