“Aprel ayının 1-dən respublikanın 21 şəhər və rayonu icbari tibbi sığorta sisteminə qoşulacaq”.
"Yeni Sabah" xəbər verir ki, bu xatırlatmayla yenidən İcbari Tibbi Sığorta Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov çıxış edib.
Onun sözlərinə görə, aprelin 1-dən Gəncə, Göygöl, Goranboy, Daşkəsən, Samux, Naftalan, Şəmkir, Qazax, Ağstafa, Gədəbəy, Tovuz, Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Füzuli, Beyləqan, Xocavənd, Xocalı, Laçın, Kəlbəcər sakinləri icbari tibbi sığortanın xidmətlər zərfindən yararlanacaqlar: “Həmçinin aprel ayının 1-dən icbari tibbi sığorta haqqının toplanılmasına və müştərək maliyyələşmə məbləğinin tətbiqinə başlanılacaq”. Marqarita pizza
Telegram kanalımız