"İçərişəhər" yaxınlığında görünən xüsusi geyimli həkimlərlə bağlı rəsmi açıqlama

saytların hazırlanması

Evə çatdırılma

"İçərişəhər" yaxınlığında görünən xüsusi geyimli həkimlərlə bağlı rəsmi açıqlama

Sağlamlıq

02 Mart 2020 15:44 1353


Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargah koronavirus təhlükəsi ilə bağlı mətbuatda yayılan və vətəndaşların müraciəti ilə daxil olan bütün məlumatları ciddi araşdırır və operativ reaksiya verir. "Yeni Sabah" xəbər verir ki, qərargahdan verilən məlumatda deyilir: "Martın 1-də sosial şəbəkələrdə yayılmış və xüsusi geyimdə olan həkimlərin metronun "İçərişəhər" stansiyası yaxınlığında görünməsini əks etdirən videomaterial vətəndaşlar tərəfindən verilmiş məlumat əsasında xəstəlik şübhəsi olan şəxsin nəzarət altına alınması zamanı çəkilib: "Koronavirus şübhəsi ilə müşahidə altına alınan və ya xəstəlik şübhəsi ilə Təcili Tibbi Yardıma müraciət edən istənilən şəxs olduğu yerdən məhz bu xüsusi geyimlərdə olan həkimlər tərəfindən xəstəxanaya aparılır. Bu görüntülər şəhərdə yeni koronavirus xəstəsinin aşkar olunduğu demək deyil, profilaktik tədbirlərin tərkib hissəsidir. Ölkədə yeni koronavirus xəstəliyinə yoluxma faktı qeydə alınarsa, ictimaiyyət bu barədə məlumatlandırılacaq. Bir daha vətəndaşlardan süni ajiotaj yaratmamağı və rəsmi mənbələrdən paylaşılan məlumatları izləməyi xahiş edirik".
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!