“İçərişəhər”də retro vaqonlar nümayiş olunacaq

saytların hazırlanması

Evə çatdırılma

“İçərişəhər”də retro vaqonlar nümayiş olunacaq

Sosial

15 Mart 2024 14:11 204


Novruz bayramı münasibətilə “İçərişəhər” stansiyasında Bakı metropoliteninin əsas muzey eksponatları olan retro vaqonlar nümayiş etdiriləcək.

Yenisabah.az xəbər verir ki, martın 19-dan 24-dək saat 10:00-dan 22:00-a qədər bu vaqonlarla tanış olmaq, xatirə şəkilləri çəkdirmək mümkündür.

Qeyd edək ki, bu gün Bakı metropolitenində keçmiş SSRİ məkanının ilk metro vaqonu olan “A” seriyalı, eləcə də XX əsrdə post-sovet məkanı metropolitenlərinin xətlərində hərəkət etmiş “Q” seriyalı və Bakı metropoliteninin lokomotiv parkında 2009-cu ilə qədər mövcud olmuş “E” seriyalı vaqonlar nadir muzey eksponatları kimi qorunub saxlanılır. pizza sifarişi

Bu vaqonlar onların xətlərdə olduğu dövrlərdə metropolitenlərin ab-havası ilə diqqət çəkir.

Bundan əlavə, martın 20-si və 21-də “Bakı Metropoliteni” QSC retro vaqonlarda Əməkdar artıist Bəhram Bağırzadənin uşaqlar üçün qələmə aldığı kitabların müəllifin imzası ilə azyaşlı sərnişinlərə təqdim edilməsi mərasimini də təşkil edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!