İçərişəhərdəki partlayışda xəsarət alanların adları - SİYAHI

saytların hazırlanması

Evə çatdırılma

İçərişəhərdəki partlayışda xəsarət alanların adları - SİYAHI

Hadisə

08 Fevral 2020 10:27 1235


Ötən gün İçərişəhərdə İlyas Əfəndiyev küçəsi, 10 ünvanında saat 17:10 radələrində baş vermiş partlayış nəticəsində xəsarət alanların adları bəlli olub.

"Yeni Sabah" xəbər verir ki, onlar - Vaqif İsmayılov və ailə üzvləri - 2005-ci il təvəllüdlü R.İsmayılov, 2002-ci il təvəllüdlü F.Məmmədov, 1970-ci il təvəllüdlü Səidə Alik qızı Ağayevadır.

Xəsarət alanlar yanıq xəsarətləri ilə 5 saylı xəstəxanaya yerləşdiriliblər və onların vəziyyətləri qənaətbəxşdir. Pepperoni pizza

Partlayışda xəsarət alan digərləri - 1972-ci il təvəllüdlü Ceyhun Vaqif oğlu İsmayılova, 1982-ci il təvəllüdlü Gövhər Vaqif qızı İsmayılovaya və 1947-ci il təvəllüdlü Hökümə Ağamalı qızı İsmayılovaya isə hadisə yerində ötən gün tibbi yardım göstərilmişdi.

Qeyd edək ki, İ.Əfəndiyev küçəsi 10-da yaşayan 1942-ci il təvəllüdlü Vaqif İsmayıl oğlu İsmayılova məxsus, sahəsi 112 kv.metr olan ikimərtəbəli evdə qaz sızması səbəbindən partlayış baş verib. /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!