Yurgen Klopp Bundesliqanın 2011/2012 mövsümündə baş məşqçisi olduğu Dortumund “Borussiya”sının çempionluq partisinindən sonra başına gələn maraqlı hadisəni danışıb.
“Yeni Sabah” İngiltərə mətbuatına istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı çempionluq gecəsində baş verənləri xatırlamadığını və səhəri gün özünü kamaz kuzasında tapdığını bildirib:
“Borussiya” ilə çempion olduğumuz gecənin səhəri günü başımı itirmişdim. Çempionluq partisinin səhəri bir yük maşınının kuzasında oyanmışdım. Ora necə gəldiyimi indi də xatırlamıram. Yük maşınından düşüb bağçaya çıxdım ki, bəlkə kimisə taparam. Qarşıma çıxan adam isə “Dortmund”un CEO’su Vatzke idi. Yol kənarına çıxıb, avtomobil dayandırmağa çalışdıq. Vatzke bir maşını dayandırdı - sürücü türk idi. Ona bizi də apar dedi, türk isə “xeyr, aparamayacağam” cavabını verdi. Daha sonra Vatzke cibindən 200 avronu çıxarıb, sürücüyə verdi və “bəli, aparacaqsan” dedi. O da bubunla razılaşdı”. Dördpendirli pizza
Telegram kanalımız