İçki içənlər kardiomiopatiya xəstəliyinə mübtəla olur

saytların hazırlanması

Evə çatdırılma

İçki içənlər kardiomiopatiya xəstəliyinə mübtəla olur

Sağlamlıq

12 Oktyabr 2020 07:37 815


"Pivə ürəyi", "Öküz ürəyi" sindromu deyilən ürək sanki kapron coraba salınmış kimi görünür və normal ürəkdən həcmcə böyük olur. Bu kardiomiopatiya adlı xəstəlikdir. Daha çox alkoqol məhsullarının miokarda çökməsi və təsirindən başlayır.

Yenisabah.az xəbər verir ki, daha çox araq, pivə içənlərdə rast gəlinən bu vəziyyət çətin diaqnoz olunur və digər ürək damar xəstəlikləri ilə oxşardır.

Xəstələr çox zaman həkimə çox pivə və içki içdiklərini də etiraf etmir. Sezar pizza

Diaqnoz təsdiq olunanda isə artıq gec olur. Çünki orqan geridönməz dağılma prosesinə qədəm qoyur.

İlkin mərhələdə heç bir ağrı, ciddi əlamət olmur. Getdikcə xəstənin fiziki iş və yükə dözümlülüyü azalır və tez yorulmağa, təngnəfəs olmağa başlayır.

Daha sonra ağrı, aritmiya - ritm pozulması, təzyiqin artıb azalması, sanki nəfəs çatışmazlığı. kürəkdə və ürəkdə ağrı, sancı, paroksizmal aritmiya, ürəyin gah sanki dayanması, sonra sürətlə işləməsi, ürək çatışmazlığı, dodaqların, barmaqların göyərməsi, depressiya, həvəssizlik kimi əlamətlər baş qaldırır.

Sizə pivə ürəyinin fotosunu təqdim edirik. (Publika.az)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!