İcra başçısı bu ailəyə   500 manat verdi

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısı bu ailəyə 500 manat verdi

Siyasət

12 Fevral 2026 15:50 1374


Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Böyük Kolatan kəndində baş verən yanğın hadisəsi ilə əlaqədar zərərçəkmiş ailəyə maddi yardım göstərib. Fevralın 11-də səhər saat 04:00 radələrində adıçəkilən kəndin sakini Ağayev Nazir Kazım oğluna məxsus, ümumi sahəsi 225 kvadratmetr olan fərdi yaşayış evində yanğın hadisəsi baş verib. Yanğın nəticəsində evin 130 kvadratmetrlik hissəsi yanaraq yararsız hala düşüb.

“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, hadisə barədə məlumat alan rayon rəhbəri Araz Əhmədov dərhal ailəyə 500 manat məbləğində maddi yardım göstərilməsi barədə tapşırıq verib.

Qeyd edək ki, ailə sosial baxımdan həssas kateqoriyaya aiddir. Belə ki, Ağayev Nazir Kazım oğlunun himayəsində I qrup əlil övladı var, həyat yoldaşı isə II qrup əlildir. Dördpendirli pizza

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!