İcra başçısı Hindistandan bahalı atlar alıb

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısı Hindistandan bahalı atlar alıb

İqtisadiyyat

01 Mart 2020 12:16 2760


Dövlət Təhlükəsizlik Xidməti (DTX) əməkdaşları tərəfindən rüşvət faktı ilə həbs edilən Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyev haqda yeni məlumatlar yayılıb. Yenisabah.az xəbər verir ki, İ.Vəliyev hind və Qarabağ atları da saxlayırmış. Bildirilir ki, İ.Vəliyev hind atları, o cümlədən xüsusi olaraq 4 cins Qarabağ atını Neftçalaya gətirdibmiş. İddialara görə, sabiq başçı at həvəskarı olub və cins heyvanlar gətirdib. Onları bir xanım bəsləyirmiş. Lakin Neftçalanın keçmiş şefinin tutulmasından sonra həm hind, həm Qarabağ atları başqasına verilib ki, saxlanılsın. İ.Vəliyevin atların alınmasına və bəslənməsinə yaxşı pul xərclədiyi xəbər verilir.
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!