Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov və AzTV-nin aparıcısı Alidə Mustafayevanın boşanması barədə məlumatlar yayılıb.
"Yeni Sabah" xəbər verir ki, tanınmış teleaparıcının ardından icra başçısı da ayrılıq xəbərini dolayısı ilə təkzib edib.
S.Orucov məsələ ilə bağlı hər hansı açıqlama yaymayıb, lakin sosial media paylaşımları ilə aparıcı ilə ayrılmadığını əyani nümayiş etdirib. pizza mizza
O, Alidə Mustafayevanın AzTV-də aparıcısı olduğu xəbər proqramından kəsilmiş kadrları öz sosial media səhifəsində yayımlayıb.
İcra başçısı gün ərzində bir neçə dəfə belə paylaşım edib.
Xatırladaq ki, Alidə Mustafayeva KİV-ə açıqlamasında məlumatların əsassız olduğunu bildirib.
Aydan Hacı
Telegram kanalımız