İcra başçısına yeni müavin   təyin olundu

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısına yeni müavin təyin olundu

Siyasət

11 Fevral 2026 17:12 829


Xaçmaz Rayon İcra Hakimiyyəti başçısına yeni müavin təyin olunub.

“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, bu barədə icra başçısı Elnur Rzayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Fuad Nəzərov Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə gətirilib. pizza mizza

O, eyni zamanda qurumun Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinə rəhbərlik edəcək. Sözügedən şöbəyə Sosial-iqtisadi məsələlər, informasiya təminatı təhlili sektoru və Memarlıq-tikinti məsələləri sektoru daxildir.

F.Nəzərov bundan əvvəl Xaçmaz Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində çalışıb.

Qeyd edək ki, Fuad Nəzərov Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılovun qayınıdır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Muşfiqə
    Fuad Nəzərov nədi? Paylaşdığınız xəbərdə baş ayağdı. Şöbə müdiri Fuad Nəzər oğlu Sahbazov olub.
    3 months ago