İcra başçısından bayrağa qarşı hörmətsizlik - Video

İcra başçısından bayrağa qarşı hörmətsizlik - Video

Sosial Veb saytların hazırlanması

29 May 2022 19:10 3244


Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Məmmədov Mehralı Novruz oğlu qeyri-döyüş şəraitində bədbəxt hadisə nəticəsində aldığı xəsarətlərdən vəfat edib.

Yenisabah.az xəbər verir ki, o doğulduğu Tovuz rayonunda torpağa tapşırılıb.

Sosial şəbəklərdə yayılan görüntülərdə vəfat edən hərbçimizin dəfnində Tovuz rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədovun Azərbaycan bayrağına qarşı davranışı birmənalı qarşılanmayıb.

İcra başçısının Azərbaycan bayrağını büküb vəfat edən həbçimizin atasına təqdim etməsi müzakirələrə səbəb olub və sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!