İcra başçısından böyük kadr islahatı:    Şöbə müdirləri və sektor rəhbərləri...

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısından böyük kadr islahatı:  Şöbə müdirləri və sektor rəhbərləri...

Siyasət

29 Yanvar 2026 15:47 1364


Xətai Rayon icra Hakimiyyətində (RİH) yeni kadr islahatları aparılıb.

“Yeni Sabah” bildirir ki, NOCOMMENT.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı icra başçısı Rafiq Quluyev müvafiq əmrlər imzalayıb.

İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Məhəmməd İbrahimov vəzifəsindən azad olunub. pizza

Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunda işçilərin sayı artırılıb. Belə ki, indiyədək Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi işləmiş Fərrux Kərəməliyev sektora məsləhətçi təyin edilib.

Əhməd Məmmədov Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin müdir müavini, Memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı sektorunun isə müdiri – baş memar vəzifəsinə təyinat olub. O, indiyədək Rayon Təsərrüfatı şöbəsində məsləhətçi işləyib.

Əvvəllər Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılmasının müdiri olmuş Məhəmmədəli Aslanov Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin müdiri təyin edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!