Keçmiş icra başçısının oğlu 40 villa xəbərindən danışdı

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş icra başçısının oğlu 40 villa xəbərindən danışdı

Siyasət

03 Fevral 2026 16:17 3941


Azərbaycanlı biznesmen Umid Abuzərli Rumıniyada 40 villadan ibarət iri daşınmaz əmlak kompleksi alıb. Bu barədə məlumatı sosial şəbəkədə Əməkdar jurnalist Elçin Alıoğlu paylaşıb.

O bildirib ki, Rumıniyanın "Profit.ro” portalının 29 yanvarda dərc etdiyi məlumata görə, layihə Azərbaycanın Salyan rayonunun İcra Hakimiyyətinin keçmiş başçısı Tahir Kərimovun oğlu Umid Abuzərli tərəfindən yaradılmış şirkət vasitəsilə həyata keçirilib.

“Yeni Sabah” xəbər verir ki, məsələ ilə bağlı Demokrat.az azərbaycanlı biznesmen Umid Abuzərli ilə əlaqə saxlayıb.  Marqarita pizza

Biznesmen xəbərin əsassız olduğunu bildirib:

“Biz heç bir qanunsuz işlə məşğul olmuruq. Nə ediriksə, hamısı möhtərəm cənab Prezidentimizin siyasətini dəstəkləmək məqsədi daşıyır və bundan sonra da dəstəkləyəcəyik. Ailəmizin bu gün sahib olduğu hər nə varsa, hamısını bu hökumətə və cənab Prezidentimizə borcluyuq. Mən artıq 25 ildir Rumıniyada yaşayıram və hər zaman dövlətimizin yanında olmuşuq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • userAdmin
    YAZIB DE...ŎZŮ...NEYIMIZ VAR HAMISINI PREZIDENTE BORCLUYUQ....XALQIN NE BORCUNA......
    3 months ago