İcra başçısının vətəndaşlarla Putin-Makron sayağı görüşü: Masanı boş saxladı -   FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısının vətəndaşlarla Putin-Makron sayağı görüşü: Masanı boş saxladı - FOTOLAR

Siyasət

04 Fevral 2026 16:17 7823


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax şəhəri və rayonun Xeyrimli kəndinin bir qrup sakinini qəbul edib.

“Yeni Sabah” xəbər verir ki, görüşə rayonun bir sıra vəzifəli şəxsləri də qatılıb.

Qazax Rayon İcra Hakimiyyətinin rəsmi saytında dərc olunan fotolarda əsas diqqətçəkən məqam Rəcəb Babaşovun əyləşdiyi masada boş yerlər olmasına baxmayaraq, vətəndaşların xeyli kənarda oturtmasıdır. Dördpendirli pizza

O, təkcə sakinlərlə deyil, rayonun bəzi vəzifəli şəxsləri ilə də eyni formada davranıb. Fotolardan məlum olur ki, rayonun daha iki rəsmisi görüşün hansısa hissəsinə qatılıb (bəzi rəsmilər əvvəldən sonadək görüşdə iştirak ediblər). İcra başçısı onları da masanın aşağı hissəsində əyləşdirib.   

R.Babaşovun bu davranışı sakinlərin ciddi narazılığına səbəb olub. Onlar məsələ ilə bağlı müvafiq qurumlara şikayət etməyi planlaşdırırlar.

Qazaxın icra başçısının vətəndaşlara yanaşması bir neçə il öncə Rusiya Prezidenti Vladimir Putinin Kremldə Fransanın dövlət başçısı Emmanuel Makronla görüşünü xatırladıb. Həmin görüşdə Putin Makronu əli cibində qarşılayıb və uzun masanın aşağı hissəsində əyləşdirib. İcra başçısının qəbul etdiyi vətəndaşlarla davranışı bir növ həmin görüşə bənzəyib.

Qeyd edək ki, R.Babaşov 2009-cu ildən Qazax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır.

Nazim Hacıyev


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Mahmud
    Bəsdi də bu əbləhlərin hakimiyyəti, ağıl itib, fikir yalnız puldur. Bunları itirmək vacrştıdlr.
    3 months ago
  • Rəşad
    YERLİ İCRA HAKİMİYYƏTLƏRİ LƏĞV OLUNARAQ , ASAN XİDMƏTƏ ÇEVRİLMƏLİ . GÖRÜN NƏ GÜNDƏYİK Kİ , İCRA BAŞÇISI NƏYİNKİ AZƏRBAYCANIN , ÖZÜNÜ DÜNYANIN BAŞMISI HESAB EDİR . ŞƏKİLDƏN GÖRÜNƏN ODURKİ , İCRA BAŞÇISI ÜRƏYİNDƏ DEYİR : BU DİLƏNÇİLƏRİDƏ BAŞIMDA ELƏSƏYDİM , CANIM QURTARARDI . DEYİR : FORMA ÜÇÜN BU QƏBULLARI KİM ÇIXARDIB ? ONSUZDA FƏALİYYƏT YOXDUR , ARTİSTİK ETMƏYİN NƏ MƏNASI VAR .
    3 months ago