İcra Hakimiyyətindən uçurulan evlə bağlı – Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

İcra Hakimiyyətindən uçurulan evlə bağlı – Açıqlama

Sosial

12 Aprel 2019 22:38 3121


Abşeron rayon icra başçısı İradə Gülməmmədovanın Saray qəsəbəsində aprelin 13-ü toy mərasimi keçirəcək ailənin evini sökdürdüyü haqda məlumat yayılıb. Bildirilir ki, ailə həmin evdə 1999-cu ildən yaşayır.

Məsələ ilə bağlı Abşeron rayon İcra Hakimiyyətindən  bildirilib ki, sözügedən ev İcra Hakimiyyəti tərəfindən sökülməyib:

“Həmin evin sökülməsinin Abşeron rayon İcra Hakimiyyəti ilə heç bir əlaqəsi yoxdur. Bu barədə yalnız məhkəmə icraçıları danışa bilər. Bu, iki vətəndaşın arasında baş verən problemdir və məhkəmə çəkişməsinin nəticəsidir”. Sezar pizza

 Axar.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!