İcra hakimiyyətinin əməkdaşının ailəsi ilə birgə həlak olduğu qəzanın   TƏFƏRRÜATI

saytların hazırlanması

Evə çatdırılma

İcra hakimiyyətinin əməkdaşının ailəsi ilə birgə həlak olduğu qəzanın TƏFƏRRÜATI

Hadisə

30 Yanvar 2025 23:18 446


Salyanda 4 nəfərin həyatını itirdiyi dəhşətli qəzanın bəzi detalları məlum olub.

Yenisabah.az Baku TV-yə istinadən məlumat verir ki, avtomobildə olan Nərmin İsmayılova, onun 2 azyaşlı övladı və İsmayılovların qohumu olan sürücü Aqil Məmmədov hadisə yerində dünyasını dəyişiblər.

Elşən İsmayılov isə 3 yaşlı oğlu ilə sudan çıxa bilib. pizza

"Elşən çox çalışıb, maşını üzüaşağı çevirməyə, ancaq alınmayıb. Maşının qapısını açıb uşağı qucağına alıb. Övladını qoyub kənara, sürücünü maşından çıxarıb. Görüb ki, artıq soyuqdur. Sonra digər oğlunu çıxarmağa çalışıb, nəfəs vermək istəyib, amma uşaq ayılmayıb. Qayıdıb övladı ilə həyat yoldaşını götürməyə, görüb ki, oturacağa yapışıb qalıblar", - E.İsmayılovun qohumu Vitali Abbasov deyib.

Ətraflı süjetdə:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!