İcra hakimiyyətlərinin daha bir strukturu   ləğv edildi

saytların hazırlanması

Evə çatdırılma

İcra hakimiyyətlərinin daha bir strukturu ləğv edildi

Siyasət

04 Fevral 2026 14:22 23842


Azərbaycanın rayon və şəhər icra hakimiyyətlərində aparılan islahatlar çərçivəsində daha bir struktur ləğv olunub.

“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, bu, icra hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyadır.

Yeni strukturda adıçəkilən komissiya yer almayıb. Marqarita pizza

Bunun əvəzində icra hakimiyyətlərində Uşaq hüquqlarının müdafiəsi üzrə komissiya yaradılıb.  

Komissiyanın əməkdaşlarının sayı isə əvvəlki kimi iki nəfər olacaq. İcra başçısının böyük məsləhətçisi - Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi və komissiyanın məsləhətçi-psixoloqu.

Məsləhətçi-psixoloq rayon və şəhər icra hakimiyyətlərinin Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin İctimai-siyasi və humanitar məsələlər sektorunun əməkdaşı sayılır.

Qeyd edək ki, komissiyalar müvafiq icra hakimiyyəti orqanları yanında həmin orqanlar tərəfindən 9-11 nəfərdən ibarət tərkibdə yaradılır.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Fexriyar
    SALAM YAZİB BİLDİRİRƏMKİ QARABAĞA KÖÇNƏN BAĞLİ AĞDƏRƏ RAYONU HƏSNRİZ KÖÇMƏYİMİZLƏ BAĞLİ MÜRACİYƏT ETMİŞƏM HƏLƏDƏ BİZİ KÖÇÜRMÜLƏR XAYİŞ EDİRƏM BİZƏ KÖMƏKLİK EDƏSİZ 050 356 72 79 İSTƏSƏNİZ MARAXLANA BİLƏRSİZ
    3 months ago
  • Leyli
    Vallah bu komissiya yararli heç bir iş görmür. Ve dövlet büdcesine ziyandir. Ondansa Komissiyani icra hakimiyetine yox prokurorluga mehkemeye verilmesi daha düzgündür..
    3 months ago