İcra məmurları barədə qanuna dəyişiklik edilir

saytların hazırlanması

Evə çatdırılma

İcra məmurları barədə qanuna dəyişiklik edilir

Sosial

17 Aprel 2026 14:16 391


İcra məmurlarının hüquqlarına dəyişiklik edilir.

"Yeni Sabah" xəbər verir ki, bununla bağlı "Dövlət icra məmurları haqqında" qanuna dəyişiklik təklif olunub.

Qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə edilib. pizza hut

İcra məmurlarının hüquqları sırasındakı tələbi borclunun hesabında olan pul vəsaitlərinə yönəltmək hissəsi dəqiqləşdirilir.

Yeni redaktəyə görə, icra məmurları tələbi borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarındakı, elektron pul təşkilatlarındakı hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldə biləcəklər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!