“İdarəçilik haqqında danışmaq istəmirəm” – Vüqar Bəybalayev

saytların hazırlanması

Evə çatdırılma

“İdarəçilik haqqında danışmaq istəmirəm” – Vüqar Bəybalayev

İdman

15 Aprel 2019 21:17 1295


Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində keçirilən “Səbail” – “Neftçi” (2:2) matçından qonaqlar sülhlə ayrılıblar.

“Səbail”in yarımmüdafiəçisi Vüqar Bəybalayev “Yeni Sabah”a açıqlamasında oyun haqqında öz fikirlərini söyləyib.

Futbolçu 3 xala görə üzüldüyünü söyləsə də, “Neftçi”dən 1 xal qazanmağın pis nəticə olmadığını qeyd edib: Pepperoni pizza

“Son saniyədə buraxdığımız qola görə çox məyus olduq.  3 xalı son anda əldən verdiyimizə görə üzülürəm. Ancaq “Neftçi” ilə oyunda 1 xal qazanmağın da pis nəticə olmadığını düşünürəm. İdarəçilik haqqında danışmaq istəmirəm. Bu mənim işim deyil.  Mənim işim futbol oynamaq, meydanda öz bacarığımı göstərməkdir. Sadəcə, onu deyə bilərəm ki, səhvsiz insan yoxdur”. 

O, açıqlamasında qərarlaşdıqları 3-cü yeri qoruyub-saxlayacaqlarını deyib və vurğulayıb ki, onlar Avroliqaya vəsiqə qazanmaq gücündədirlər.

“Sona 4 tur qalmış “Qəbələ” ilə aramızda xal fərqi 2-yə endi. “Qəbələ” çox yaxşı komandadır.  Ancaq bizim də çox yaxşı kollektivimiz var. Ən gözəli də odur ki, hər şey öz əlimizdədir. Son 4 oyunu uğurlu çıxış edib həm 3-cü yerə sahib olub bürünc medal qazana bilərik, həm də Avroliqaya vəsiqə qazana bilərik. Düşünür və inanıram ki, komandamız bunu bacaracaq gücdədir”.

Naibə Məmmədova

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!