İdmançını qətlə yetirənin həyat yoldaşı açıqlama verdi -   Fotolar

saytların hazırlanması

Evə çatdırılma

İdmançını qətlə yetirənin həyat yoldaşı açıqlama verdi - Fotolar

Kriminal

17 İyun 2019 06:51 3086


Gəncə şəhər Baş Polis İdarəsinin keçmiş rəisi, mərhum general mayor Rasim Musayevin köməkçisi Gülnar Muradovanın həyat yoldaşı ağır cinayət törədib. 

“Yeni Sabah” xəbər verir ki, G.Muradovanın Criminal.az saytına verdiyi məlumata görə, həyat yoldaşı Emil Məmmədov işlətdiyi "Miraj" çay evinin altında yerləşən avtoyuma məntəqəsində müştəri Elnur Alıyevi bıçaqla qətlə yetirib.

G.Muradovanın sözlərinə görə, avtomobilini yuyulmağa verən E.Alıyev işin sonunda ödəniş etmək istəməyib. Bu zaman məsələyə Emil müdaxilə edib. Bıçaqla Emilə hücum edən Elnur hətta onu yaralayıb. Emil bıçağı ondan alaraq ürəyinə zərbə vurub. pizza hut

Ölən şəxs Gəncədə tanınmış kikboksinq üzrə məşqçi, dəfələrlə çempion olmuş İlqar Alıyevin oğludur.

Qətli törədən E.Məmmədovun həyat yoldaşı Gülnar Muradovanın adı isə Criminal.az saytının baş redaktoru Anar Məmmədovun cinayət işində keçirdi. Gəncədə "Xallı Gülü" kimi tanınan G.Muradova Bakı Şəhər Prokurorluğuna çağırılıraq A.Məmmədova qarşı ifadə alınmışdı. G.Muradova sonradan məhkəmədə baş redaktora qarşı şikayətinin olmadığını, ona qarşı ifadəni Gəncənin keçmiş polis rəisi Faiq Şabanovun təzyiqi ilə verdiyini dedi.

Faktla bağlı cinayət işi açılıb. İstintaq aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!