II Elizabet Bakıda 

saytların hazırlanması

Evə çatdırılma

II Elizabet Bakıda 

İdman

21 May 2019 07:56 1090


Mayın 29-da Bakı Olimpiya Stadionunda “Çelsi” – “Arsenal” arasında Avroliqanın finalı keçiriləcək. 

“Yeni Sabah” xəbər verir ki, bununla əlaqədar olaraq, yerli Təşkilat Komitəsi maraqlı layihəyə imza atıb. Mayın 29-na kimi əfsanəvi ingilis personajlar - Ceyms Bond, Böyük Britaniya kraliçası II Elizabet, onun mühafizə dəstəsi, əfsanəvi rok qrupu "Bitlz”, dünya şöhrətli komediya ustası Çarli Çaplin, "Queen” qrupunun vokalisti Freddi Merkuri, "Alisa möcüzələr diyarında” əsərinin qəhrəmanları, Harri Potter və dostları, ingilis xalqının sevimli nağıl qəhrəmanı –Robin Qud, dahi dramaturq Uilyam Şekspir, xəfiyyə Şerlok Holms və digərləri Bakının müxtəlif yerlərində musiqili parad edəcəklər.

Bu gün ilki baş tutmuş parad "Port Baku Mall”dan başlayaraq, Kukla Teatrını və şəhərin mərkəzini – Nizami küçəsini, Qoşa Qala qapısını əhatə edib. İngilis qəhrəmanlarının son dayanacağı isə mayın 29-da böyük derbinin keçiriləcəyi Bakı Olimpiya Stadionu olacaq. Marqarita pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!