II Qareginə cinayət işi açıldı, ölkədən çıxışı qadağan edildi

saytların hazırlanması

Evə çatdırılma

II Qareginə cinayət işi açıldı, ölkədən çıxışı qadağan edildi

Dünya

14 Fevral 2026 19:37 581


Ermənistanda bütün ermənilərin katolikosu II Qareginə qarşı cinayət işi başlanıb və onun ölkəni tərk etməsinə qadağa qoyulub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə vəkil Ara Zoqrabyan "Sputnik Ermənistan"a bildirib.

Həmçinin II Qareginin ölkədən çıxışına qadağa qoyulub. Marqarita pizza

Vəkil qeyd edib ki, bu addım keşiş Arman Saroyanla bağlı məhkəmə aktının icrasına mane olmaq barədə ittihamla əlaqəlidir.

Xatırladaq ki, daha əvvəl məlum olduğu kimi, həmin iş üzrə 6 yüksəkrütbəli din xadiminə ittiham irəli sürülüb və onlara da ölkədən çıxış qadağası tətbiq edilib.

Vəkil bəyan edib ki, bu qərar birbaşa hakimiyyətin Avstriyada keçiriləcək Arxivyerlər Məclisini pozmaq cəhdləri ilə bağlıdır. A.Zoqrabyan katolikosa qarşı irəli sürülən ittihamı hakimiyyət tərəfindən atılmış tarixi və utancverici addım, həmçinin Kilsənin daxili işlərinə birbaşa müdaxilə kimi qiymətləndirib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!