İki ay ərzində əhalinin sayı 10 milyona çatacaq

saytların hazırlanması

Evə çatdırılma

İki ay ərzində əhalinin sayı 10 milyona çatacaq

Sosial

22 Fevral 2019 16:16 1004


“İlkin hesablamalara görə, Azərbaycanın 10 milyonuncu sakini bu il martın sonunda, aprelin əvvəlində doğulacaq”.

Bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib.

“Ədliyyə və Səhiyyə Nazirlikləri, eləcə də Dövlət Miqrasiya Xidməti ilə birlikdə bu prosesi izləyirik”, - deyə o, qeyd edib. pizza sifarişi

Komitə sədri etiraf edib ki, son bir neçə ildə əhalinin təbii artım tempi zəifləyib: “Doğumların sayında azalmalar müşahidə edilir. Bunu bizim statistik məlumatlar da təsdiqləyir. 2009-cu ildə keçirilmiş əhalinin son siyahıya alınmasında Azərbaycanda ailənin orta tərkibi 4,7 nəfər təşkil edib. Bu il keçiriləcək əhalinin növbəti siyahıya alınmasında da bu rəqəm dəqiq göstəriləcək”. 

Report

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!