İki dəfə təyyarə oğurlamağa çalışıb - 13 yaşı var

saytların hazırlanması

Evə çatdırılma

İki dəfə təyyarə oğurlamağa çalışıb - 13 yaşı var

Dünya

22 İyul 2019 09:22 1145


13 yaşlı oğlan 2 təyyarəni oğurlamağa cəhd edib.

"Yeni Sabah" xarici mediaya istinadən bildirir ki, hadisə Çinin Huzhou şəhərində baş verib.

Məktəbli gecəliklə səyahət bürosuna aid olan anqara soxulub və buradakı təyyarəni işə salmağa çalışıb. Lakin təyyarə hasara çırpılıb. Bundan dərs almayan məktəbli başqa təyyarəni oğurlamağa qərar verib və onunla avtodayanacaqda bir neçə dairə qət edib. Daha sonra təyyarəni orda qoyaraq anqarı tərk edib. Pepperoni pizza

Səyahət bürosunun əməkdaşları hadisə barədə yalnız səhər işə gəldikdə biliblər. Polis əməkdaşları yeniyetməni saxlayıb. Hadisədən bir gün əvvəl oğlanın mühərrikin təmirini müşahidə etdiyi məlum olub. Onun təyyarəni idarə etməyi bir neçə saat ərzində öyrəndiyi bildirilir.

Elnarə İlham


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!