İki idman jurnalisti saxlanıldı -   Prezident Aparatanın qarşısında

saytların hazırlanması

Evə çatdırılma

İki idman jurnalisti saxlanıldı - Prezident Aparatanın qarşısında

İdman

23 May 2019 11:07 1183


KİVDF-nin bir neçə qəzetlə əməkdaşlığı dayandırdığını, bu qəzetlərin içərisində “Futbol+”in də olduğunu xəbər vermişdik. Bu gün “Futbol+” kollektivi KİVDF-nin qərarına etiraz olaraq növbəti dəfə aksiya keçiriblər.

 Qəzetin kollektivi İçərişəhər metrosunun qarşısında toplaşaraq, Prezident Aparatanın qarşısına yürüş etmək istəyib, amma onların bu istəyi baş tutmayıb. Müdaxilə edən polislər aksiya üzvlərinin prezident aparatanın qarşısına getməsinə mane olub və onları uzaqlaşdırıblar. Sadəcə, iki nəfərə – baş redaktor və redaktora prezident aparıtına getmək üçün icazə veriblər.

Bundan başqa, polis işçiləri aksiyanı işıqlandırmaq istəyən iki jurnalistə qarşı zorakılıq göstərərək, bölməyə aparıb. Dördpendirli pizza

“Futbol+” 1997-ci ildən işıq üzü görür.

Komanda.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!