“İki inəklə məşğulluğu təmin etmək mümkün deyil” – Hüquq müdafiəçisi

saytların hazırlanması

Evə çatdırılma

“İki inəklə məşğulluğu təmin etmək mümkün deyil” – Hüquq müdafiəçisi

Sosial

12 Aprel 2019 14:50 885


Hüquq müdafiəçisi Sahib Məmmədov Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Özünəməşğulluq” proqramını tənqid edib.

“Yeni Sabah” xəbər verir ki, o sosial şəbəkədə iki foto paylaşıb. Bildirib ki, birinci şəkil 2013-cü ildə çəkilib. “Bu forodakı inək Xaçmaz rayonunda həyata keçirilən pilot “Özünüdəstək” proqramı çərçivəsində alınıb kəndiliyə verilirdi. İnək şəxsin məşğulluğunu təmin etmək üçün deyildi, ailəyə dəstək üçün idi”. 

İkinci fotonun isə 2018-ci ildə həyata keçirilən “Özünüməşğulluq” proqramının inəkləri olduğunu qeyd edib: “Cənab nazir şəxsən yoxlayır. O biri inəyi də mən şəxsən çəkmişdim, o vaxtkı nazir Füzuli Ələkbərovla getmişdik yolxlamaq üçün.  Pepperoni pizza

Digər fotodakı inəklər çarəsizlikdən mal-qarasını satan birindən alınıb o biri çarəsiz insana verilir. Adını da qoyublar “Özünüməşğulluq”. 

O vaxt "özünüdəstək" proqramına ayrılan pul 2019-cu il üçün "özünüməşğulluğa" ayrılandan on dəfə az idi. Bu il bu proqrama bizlərin cibindən 42 milyon gedəcək. Lap yaxşı. Sadəcə iki inəklə məşğulluğu təmin etmək mümükün deyil. Proqramın adını dəyişsələr yaxşı olar”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!