Masallı sakininin üzərindən 2 kq narkotik vasitə tapılıb.
“Yeni Sabah” xəbər verir ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirləri keçiriblər.
Əvvəllər də narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar məhkum olunmuş Masallı şəhər sakini İsrafil Səfərovun satış məqsədi ilə üzərində saxladığı 1 kiloqram 802 qram tiryək və 0,195 qram metamfetamin aşkarlanaraq götürülüb. Faktla bağlı Masallı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır. Marqarita pizza
Telegram kanalımız