“DİM-in keçirdiyi buraxılış imtahanlarında iştirak edən iki fənn olimpiada qalibinin nəticələri ləğv olunub. Biri humanitar fənlərdən, ikincisi isə texniki fənləri yaxşı bilir. Səbəb bir-birinə kömək etmələri olub”.
Bu barədə təhsil eksperti Kamran Əsədov paylaşım edib:
“Təsəvvür edirsiz bu nə deməkdir? Təhsil Nazirliyi də bunları müsabiqədən kənar ali məktəblərə qəbul etmək istəyir. Hələ bunlar sadə 3 fəndən imtahan verə bilmirlər, bəs onda bunların digər 90 min şagirddən hansı üstünlüyü var ki, onları olimpiada qalibi elan ediblər? Pullarının çoxluğu olub fərq? Toyuqlu pizza
Bu onu göstərir ki, fənn olimpiadaları obyektiv və şəffaf şəkildə həyata keçirilməyib. Necə ola bilər ki, olimpiada qalibi minimum biliklərə malik deyil? Axı bu olimpiada qalibləri fənlərin minimum standartlarını mənimsəyib.
Burda ikinci bir nüans da var.Gör bizdə adi buraxılış imtahanları nə qədər çətin təşkil olunur ki, fənn olimpiadası qalibləri onu verə bilmirlər.
Onlar imtahan vermək üçün nələr edirlər: Saxta sənəd təqdim etmək, imtahana öz yerinə başqasını göndərmək, imtahan binasına, zalına mobil telefon və digər rabitə vasitələri gətirmək və onlardan istifadə etmək, başqasının cavab vərəqinə, sual kitabçasına baxmaq və ya öz cavab vərəqinə, sual kitabçasına başqasının baxması üçün şərait yaratmaq, cavab vərəqini və sual kitabçasını nəzarətçiyə təhvil vermədən imtahan zalından çıxmaq və digər pozuntular daha çox müşahidə olunur.
Yəni bu qədər həngamə lazımdır? Bəlkə imtahanları sadələşdirək? Görən bizim 16-17 yaşlı gənclər nə edirlər. Onlar təhsil almaq istəyirlər. Onların hüququnu əllərindən almayaq. Təhsilin əlçatımlılığı təmin olunmalıdır”.
Telegram kanalımız