İki qadın İrandan psixotrop maddə keçirmək istədi

saytların hazırlanması

Evə çatdırılma

İki qadın İrandan psixotrop maddə keçirmək istədi

Kriminal

10 İyun 2019 10:32 958


Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında piyada yolla İrandan Azərbaycana gələn həmin ölkə vətəndaşları - Shirmohammadi Kargar Nasrin Saleh qızı və Shirmohammadi Kargar Manizeh Saleh qızı Astara gömrük postunda saxlanılıb və onlara məxsus əl yükünə baxış keçirilib.

Dövlət Gömrük Komitəsindən“Yeni Sabah”a verilən məlumata görə, bu zaman onlara məxsus əl çantasındakı geyim əşyalarının arasında sellofona bükülü 1 ədəd bağlama aşkar edilib. Daha sonra hər iki şəxsin daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığından Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Nəticədə hər iki xanım vətəndaşın daxili orqanlarından daha 3 ədəd bağlama aşkarlanıb. Ümumilikdə 4 ədəd bağlamada, çəkisi 254 qram olan ağ, kristal şəkilli psixotrop maddə-metamfetamin olduğu məlum edilib.

Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir. Dördpendirli pizza

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!