İki xanıma yeni vəzifə verildi

saytların hazırlanması

Evə çatdırılma

İki xanıma yeni vəzifə verildi

Sosial

06 Mart 2026 12:37 363


Sumqayıt və Qazax kolleclərinə yeni rəhbər təyinatları edilib.

Bu barədə “Yeni Sabah”a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Agentliyin direktoru Ülkər Səttarovanın imzaladığı müvafiq əmrləri ilə Zülfiyyə Hüseynova Sumqayıt Musiqi Kollecinə tədris işləri üzrə direktor müavini, Turanə Məmmədova isə Qazax Dövlət Sosial-İqtisadi Kollecinə tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər. Sezar pizza

Qeyd edək ki, Zülfiyyə Hüseynova bakalavriat, magistratura və doktorantura təhsilini Azərbaycan Milli Konservatoriyasında “Musiqişünaslıq” ixtisası üzrə alıb. O, müxtəlif illərdə Şuşa Musiqi Kollecində müəllim, Azərbaycan Milli Konservatoriyasında isə müxtəlif vəzifələrdə fəaliyyət göstərib. Elmi-pedaqoji fəaliyyəti çərçivəsində respublika və beynəlxalq səviyyəli konfranslarda iştirak edib, bir sıra elmi məqalələri nəşr olunub.

Turanə Məmmədova bakalavr təhsilini “Tarix və ictimaiyyət”, magistratura təhsilini isə “Təhsilin pedaqogikası və metodikası” ixtisası üzrə alıb. Daha sonra təhsilini ADA Universitetində “Təlim və tədrisin təşkili və metodikası” ixtisası üzrə davam etdirib. O, son təyinatadək Şəmkir Rayon İcra Hakimiyyətində məsləhətçi vəzifəsində çalışıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!