İsveçin Norrköpinq şəhərində bir neçə şəxs tərəfindən müsəlmanların müqəddəs kitabı “Qurani-Kərim” yandırılması ciddi qarşıdurmaya səbəb oldu. Qurani-Kərimi yandıranlara etiraz edənlərlə polis arasında toqquşma baş verdi.
Analoji hadisə ayrı-ayrı vaxtlarda müxtəlif Avropa ölkələrində də baş verib. Həmişə də reaksiya eyni olub. Cəmiyyətdə belə rəy var ki, bunun məhz Ramazan ayında edilməsi təsadüfi deyil. Məhz müsəlmanları qıcıqlandırmaq üçün düşünülmüş təxribatdır.
Milli Məclisin deputatı Ceyhun Məmmədov Yenisabah.az-a açıqlamasında deyib ki, bu, sırf müsəlman dünyasına qarşı törədilmiş təxribatdır: Toyuqlu pizza
“Artıq bu ənənə halını alıb. Ayrı-ayrı Qərb ölkələrində müsəlmanların müqəddəs kitabına qarşı hörmətsizlik müşahidə edirik. Bu ilk dəfə deyil. Dəfələrlə baş verib. Heç də yaxşı hal deyil. Müsəlman dünyasına qarşı bir təxribatdır. Müsəlmanlar tərəfindən də heç də yaxşı qarşılanmır. Sırf müsəlmanları qıcıqlandırmaq üçün edilir”.
Deputat qeyd edib ki, müsəlman ölkələrində nə İncil, nə də Tövrat yandırılıb:
“Ən təəssüf doğuran odur ki, Qərb rəsmiləri bunu insan hüquq və azadlıqları ilə əlaqələndiriblər. Halbuki, heç bir əlaqəsi yoxdur. Hörmətsizlikdir. Bu dinlər arası ədavətin qızışmasına, münasibətlərin gərginləşməsinə aparan bir addımdır. Buna son qoyulmalıdr.
Qərb rəsmiləri bu halların qarşısını almalıdırlar. Qəbuledilməz addımdır. Sonu yaxşı görünmür. Ədavət yaranacaq, münasibət gərginləşəcək”.
Nəzrin Vahid
Telegram kanalımız