İlham Əliyev Andrey Babişlə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev Andrey Babişlə görüşdü

Siyasət

21 Yanvar 2026 11:24 416


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda Çex Respublikasının Baş naziri Andrey Babişlə görüşüb.

“Yeni Sabah” xəbər verir ki, xəbər verir ki, söhbət zamanı ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, maşınqayırma, nəqliyyat və digər sahələri əhatə edən əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb. Münasibətlərimizin dərinləşdirilməsində müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin önəminə toxunulub.

Azərbaycan Prezidenti və Çexiyanın Baş naziri əlaqələrimizin perspektivləri, gələcək təmaslar və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Dominos pizza

Andrey Babiş Prezident İlham Əliyevi Çexiyaya rəsmi səfərə dəvət edib. Dövlətimizin başçısı da öz növbəsində Çex Respublikasının Baş nazirini ölkəmizə rəsmi səfərə dəvət edib.

Hər iki dəvət məmnunluqla qəbul olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!