İlham Əliyev beynəlxalq hüquqda president yaradıb

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev beynəlxalq hüquqda president yaradıb

Siyasət

06 Dekabr 2020 10:40 1204


“Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu daima artmaqdadır. Bu hər şeydən öncə Azərbaycan Prezidenti İlham Əliyevin hyata keçirdiyi strateji xarici siyasət kursu və milli maraqlarla öz tərəfdaşlarının maraqlarını uzlaşdırma bacarığı ilə əlaqədardır”.

Yenisabah.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, politoloq Hikmət Babaoğlu bildirib.

O qeyd edib ki, Azərbaycanın fəal və təşəbbüskar xarici siyasəti onun beynəlxalq münasibətlərdə nüfuzunu müəyyən etməklə yanaşı, həm də iştirakçılığını təmin edir: Marqarita pizza

“Nəticədə hazırda Azərbaycan bir sıra beynəlxalq və regional təşkilatlara sədrlik edir. Bunların sırasında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və Qoşulmama hərəkatı da var. Biz hər iki təşkilatın 44 günlük ikinci Qrabağ savaşında Azərbaycanı dəstəklədiyinin şahidi olduq. Hətta Qoşulmama Hərəkatına üzv olan bəzi ölkələrin dəstəyi BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin bizim lehimizə olmayan qərar qəbul etməsinin belə qarşısını aldı. Türk Şurasının göstərdiyi dəstək isə müyyən mənada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistana mümkün dəstək verə bilmə ehtimalını əngəllədi. Çünki Türk Şurasına üzv olan iki ölkə həm də KTMT-nin üzvləridir”.

Deputat vurğulayıb ki, hazırda dünyada paralel müharibə, yaxud səssiz müharibə də getməkdədir:

“Bu COVİD-19 pandemiyasına qarşı müharibədir. Azərbaycan Qoşulamama Hərəkatının sədri kimi ümümbəşəri təhdid yaradan bu pandemiyaya qarşı mübarizədə səfərbərliyi təmin etmək üçün ilk təçəbbüslə çıxış edərək məsələni BMT-nin gündəminə gətirdi və bu təşəbbüs yüksək qiymətləndirldi. Məğlub edilmiş Ermənistandan başqa BMT-yə üzv olan dövlətlərin əksəriyyəti bu təşəbbüsü dəstəkldilər. Dünaynın ən böyük beynəlxalq tşkilatında bununla bağlı xüsusi sessiya çağırıldı. Dekabrın 3 və 4-də isə BMT Baş Assambleyasının Prezidenti Volkan Bozkırın sədrliyi ilə növbəti tədbir baş tutub. Assambleyanın 31-ci xüsusi sessiyasında dünya liderləri, BMT rəsmiləri və ekspertlər COVID-19 panemiyasının əsas aspektlərini, peyvəndlərin paylanması və sosial-iqtisadi məsələləri müzakirə ediblər. Bu əvvəlki sessiyada müzakirə olunan COVİD-19-a qarşı mübarizə və hazırlanacaq peyvəndlərin hamı üçün əlçatanlığının təmin oluması məsələsindən sonra indiki real vəziyyətin müzakirə olunması idi. Bu, Azərbaycan Prezidentinin təşəbbüs və təkliflərinin BMT tərəfindən dəstəklənməsi və onun nüfuzunun qəbul edilməsi deməkdir”.

Sessiyanın gündəmi və çıxışların ardıcıllığına diqqət çəkən millət vəkili söyləyib ki, Prezident İ.Əliyev Qoşulmama Hərəkatının sədri qismində xüsusi sessiyanın açılış mərasimində ali heyətin tərkibində-1-ci sıra 5-ci yerdə çıxış edib və 120 ölkənin pandemiya ilə bağlı əsas baxışlarını dünya ictimaiyyətinə çatdırıb:

“Bu özü bir göstəricidir və Azərbaycan Prezidentinə olan münasibətdir. Bundan başqa 155 iştirakçı ölkə arasında Prezident İlham Əliyevin dövlət başçısı kimi 7-ci sırada çıxış etməsi heç şübhəsiz ki, Azərbaycana dünyada olan böyük hörmət və etimadın nümunəsidir. Eyni zamanda, bu, Prezident İlham Əliyevin şəxsi nüfuzunun beynəlxalq aləmdə göstəricisidir. Bütün bunlarla yanaşı, istənilən beynəlxalq tribunadan Azərbaycan Prezidentinin ölkəmizin maraqlarını və artıq məğlub edilmiş işğalçı Ermənistanda hökm sürən despotizmi, diktaturanı, faşizmi dilə gətirməsi və onu ifşa etməsi də artıq ənənə halını alıb. Bu da həqiqətlərin dünyaya çatdırılmasında özünəməxsus rol oyanyır. Ən mühüm məsələlərdən biri də odur ki, qeyd edilən sessiyada Azərbaycan Prezidenti qalib dövlətin Müzəffər Ali Baş Komandanı kimi çıxış edib. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnaməni icra etmiş dövlət və beynəlxalq hüquqda president yaratmış lider kimi öz sözlərini deyib. Bu isə yeni dünya nizamında Azərbaycanın yerini və rolunu təyin edən ən əsas faktorlardan birdir”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!