İlham Əliyev BP şirkətinin baş icraçı direktorunu qəbul etdi

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev BP şirkətinin baş icraçı direktorunu qəbul etdi

İqtisadiyyat

19 İyun 2025 10:58 354


Prezident İlham Əliyev iyunun 19-da BP şirkətinin baş icraçı direktoru Mürrey Aukinklossu qəbul edib.

Yenisabah.az xəbər verir ki, söhbət zamanı uzun illərdir Azərbaycanla BP arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi məmnunluqla vurğulanıb.

Ölkədə enerji resurslarından əldə olunan gəlirlərin səmərəli şəkildə Azərbaycanın sosial-iqtisadi inkişafına yönləndirildiyi qeyd edilib. pizza

Bir sıra Avropa dövlətlərinin enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın roluna toxunulub, ölkədə karbohidrogen enerji resursları ilə bərabər bərpaolunan enerji mənbələrinin də böyük potensialının olduğu vurğulanıb. Bu xüsusda BP şirkətinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi layihənin əhəmiyyəti qeyd olunub.

Görüşdə SOCAR ilə BP arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!