“İlham Əliyev bütün Cənubi Qafqazın lideridir!” - Şahnazarov

saytların hazırlanması

Evə çatdırılma

“İlham Əliyev bütün Cənubi Qafqazın lideridir!” - Şahnazarov

Siyasət

19 Noyabr 2020 08:06 2854


Hazırda Azərbaycanda baş verənlər fenomenaldır. İlham Əliyev bütün postsovet məkanında 30 il ərzində Qafqazın ən uğurlu və təsirli siyasətçisinə çevrilib.

“Yeni Sabah” bildirir ki, bunu erməni əsilli rusiyalı məşhur rejissor, Rusiyanın xalq artisti, "Mosfilm"in baş direktoru Karen Şahnazarov “Rusiya 1” kanalında yayımlanan “Vladimir Solovyovla axşam” verilişində deyib.

O bildirib ki, Azərbaycanın Cənubi Qafqazda mövqelərinin güclənməsi Prezident İlham Əliyevin bütün regionun siyasi lideri olmağa  iddia etməsinə imkan verir. Karen Şahnazarovun fərz etdiyi kimi, bu məqsədə çatmaq üçün onun həm pulu, həm resursları, həm də indi hərbi imkanları var. Marqarita pizza

“O, yaxşı bir məktəbə sahib olan görkəmli, ağıllı siyasətçidir və bu, qeyd-şərtsizdir. Bu halda ona qarşı kimin nə sözü ola bilər ki? Cənubi Qafqazın regional birliyə ehtiyacı var. Bu gün bu regional birliyin lideri kim ola bilər? Əlbəttə ki, Cənab İlham Əliyev! Müharibədə qələbə çalan, neftə, pula və hər şeyə sahib olan Azərbaycanı ilə birlikdə!”, - rejissor vurğulayıb. / Virtualaz.org


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!