İlham Əliyev Cənubi Qafqazın sülh və əməkdaşlıq məkanına çevrilməsinin yol xəritəsini təqdim etdi

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev Cənubi Qafqazın sülh və əməkdaşlıq məkanına çevrilməsinin yol xəritəsini təqdim etdi

Siyasət

01 May 2022 14:20 387


“Hər bir beynəlxalq səviyyəli tədbir onun təşəbbüskarı olan və ev sahibliyi edən ölkənin malik olduğu imkanların, hazırkı dövrdə hədəflərinin təqdimatında əhəmiyyətli rol oynayır. İstər 44 günlük İkinci Qarabağ müharibəsində çoxsaylı xarici mətbuata müsahibələrində, istərsə də postmünaqişə dövründə sual-cavab formatında təşkil olunan beynəlxalq konfranslarda dövlət başçısı İlham Əliyevin Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə etməyin, artıq tarixin arxivinə atılmış Dağlıq Qarabağ  münaqişəsinin  mahiyyətinin, dünyanın ikili standartlara söykənən siyasətinin yaratdığı etimadsızlıq mühitinin və həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılmasının nümunəsini ortaya qoyması beynəlxalq ictimaiyyətin ədalət hissini itirməmiş kəsimi tərəfindən daim təqdir olunur. Aprelin 28-də Şuşada işinə başlayan və ertəsi  günü Bakıda işini davam etdirən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans bu baxımdan xüsusi diqqət çəkdi. Konfransda müzakirələrin  böyük bir  hissəsinin  Ermənistanla Azərbaycan arasında gələcək əməkdaşlıq məsələsinə həsr olunması ölkəmizin regionda sülhün və əməkdaşlığın bərqərar edilməsində nə dərəcədə maraqlı olmasının bariz nümunəsini ortaya qoydu. Azərbaycan Prezidenti İlham Əliyevin  konfrans iştirakçılarının suallarını dünya səviyyəli, nüfuzlu, dünyada gedən prosesləri dərindən bilən, yüksək intellekt və dərin analitik təfəkkürə malik siyasətçi kimi,  əsl liderə xas olan xüsusiyyətləri nümayiş etdirməklə cavablandırması 20-dən çox ölkədən 50-yə yaxın xarici beyin mərkəzlərinin ekspertlərinin, tədqiqatçı-alimlərinin və media nümayəndələrinin regionumuzun bugünkü real mənzərəsi  haqqında dolğun məlumatlar əldə etmələrinə geniş imkanlar açdı. Konfrans iştirakçılarının  Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurları, əsl liderə xas olan yüksək keyfiyyətləri, ölkədə və dünyada gedən proseslərlə bağlı məlumatlılıq səviyyəsi, onları təhlil etmək, verilən sualları sərrast cavablandırmaq bacarığı haqqında fikirləri də deyilənlərin təsdiqidir”.

Yenisabah.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V. Rəhimzadə qeyd edib ki, dövlət başçısı Azərbaycanın regionda yeni sülh və əməkdaşlıq erasını fəal şəkildə təşviq etməsindən geniş söhbət açaraq bu hədəfi açıqladı ki, biz gələcəyə baxmalıyıq və Cənubi Qafqaz inteqrasiya edilmiş təhlükəsizlik və əməkdaşlıq, eləcə də ümumi rifah məkanı olmalıdır: “Bu mühüm məqam da diqqətə çatdırıldı ki, Ermənistan  bölgədə təcrid olunmuş ada kimi yaşamaqda davam edə bilməz. Bu ölkə qonşularla münasibətləri normallaşdırmalı, Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarına son qoymalı, Cənubi Qafqazda üçtərəfli səviyyədə qarşılıqlı təmasdan çəkinməməlidir. Yeni reallıqların nəzərə alınması, revanşizm cəhdlərinə yol açmayan siyasətin yürüdülməsi Ermənistan üçün yeganə  çıxış yolu olmalıdır.” pizza sifarişi

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, Prezident İlham Əliyev konfransda, eyni zamanda, Cənubi Qafqazın sülh və əməkdaşlıq məkanına çevrilməsinin yol xəritəsini təqdim etdi: “Azərbaycanın təqdim etdiyi sülh gündəliyi postmüharibə dövrünün yaratdığı yeni reallıqlara əsaslanır. Məhz bu reallığı dərk edən Ermənistan ölkəmizin  irəli sürdüyü 5 prinsipin qəbulu fonunda sülh müqaviləsinin  hazırlanmasına razılığını bildirib. Burada Ermənistandan tələb olunan əsas məsələ təbii ki, sülh müqaviləsinin imzalanmasının tezləşdirilməsi üçün real addımlar atmaqdır.  Azərbaycan regionda təhlükəsizlik və əməkdaşlığa bugünümüzün və sabahımızın prizmasından yanaşır. Çünki təhlükəsizlik mühiti yaradılmadan əməkdaşlıq və iqtisadi faydadan söhbət gedə bilməz. Azərbaycanın iqtisadi uğurları da məhz ölkədə və regionda sabitliyin bərqərar edilməsi amilindən qaynaqlanır. Davamlı sabitlik isə təhlükəsizliyin tərkib hissəsidir. Özünün daxili və xarici siyasətində bu vacib amili  daim ön planda saxladığına görə Azərbaycanın region  ölkələri, ən başlıcası isə yaxın  qonşularla  əməkdaşlığı yüksələn xətlə inkişaf edir. Bu baxımdan  tam əminliklə demək olar ki, ölkəmizin qardaş Türkiyə ilə müttəfiqliyinin təsdiqi olan Şuşa Bəyannaməsi, həmçinin Azərbaycan ilə Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə Azərbaycanın strateji maraqlarına əsaslanır.”
 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!