İlham Əliyev Davosda Xorvatiyanın Baş naziri ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev Davosda Xorvatiyanın Baş naziri ilə görüşdü

Siyasət

19 Yanvar 2023 20:18 581


Yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç ilə görüşü olub.

Yenisabah.az xəbər verir ki, Prezident İlham Əliyev Xorvatiya Baş nazirini Azərbaycana səfərə dəvət edib.

Dəvət minnətdarlıqla qəbul olunub. Dominos pizza

Söhbət zamanı minaların təmizlənməsi sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Xorvatiyanın da minalardan əziyyət çəkən ölkə kimi minatəmizləmə sahəsində təcrübəyə malik olduğu bildirilib.

Dövlət başçısı otuz illik işğal dövründə Ermənistanın Azərbaycan ərazilərində çoxlu sayda mina basdırdığı və 2020-ci il noyabrın 10-dan - hərbi əməliyyatların başa çatmasından bu günədək 300-ə yaxın Azərbaycan vətəndaşının mina hadisələri nəticəsində həlak olduğu və ya yaralandığını qeyd edib. Hazırda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin xətti ilə genişmiqyaslı minatəmizləmə əməliyyatlarının həyata keçirildiyi bildirilib. Xorvatiya ilə bu sahədə əməkdaşlığın mövcud olduğu, həmçinin Xorvatiya şirkətlərindən bununla bağlı müxtəlif avadanlıqların alındığı vurğulanıb. Minatəmizləmə sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi qeyd edilib.

Söhbət zamanı enerji sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunub. Azərbaycanın Avropa İttifaqı ilə enerji sahəsindəki strateji tərəfdaşlığı vurğulanıb. Hazırda ölkəmizin Avropanın enerji bazarına əlavə qaz həcmləri çıxarması istiqamətində fəaliyyətini davam etdirdiyi bildirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!