İlham Əliyev Ərəbistanla saziş imzalayıb

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev Ərəbistanla saziş imzalayıb

Siyasət

10 İyun 2019 15:10 1129


Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə qanunu imzalayıb.

“Yeni Sabah” xəbər verir ki, saziş 2019-cu il aprelin 7-də Ər-Riyad şəhərində imzalanıb.

Prezident İlham Əliyev eyni zamanda “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin daxili işlər orqanları (polis) və daxili qoşunları üçün kadrların hazırlanması haqqında” Sazişin təsdiq edilməsi barədə qanunu imzalayıb. pizza sifarişi

Saziş Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının Yalta şəhərində keçirilmiş 2007-ci il 25 may tarixli iclasında imzalanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!