Şirvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən “Yeni Sabah”a verilən məlumata görə, mayın 28-i saat 23 radələrində Şirvan şəhərinin H.Əliyev prospektində şəhər sakini E.Həsənov idarə etdiyi “QAZ-31029” markalı avtomobil yolu keçən həmyerliləri Dmitriy Çikunovu və X.Məmmədovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən D.Çikunov orada ölüb,, X.Məmmədovun isə vəziyyəti orta-ağırdır.
Faktla bağlı Şirvan ŞPŞ tərəfindən araşdırma aparılır. Marqarita pizza
Telegram kanalımız