İlham Əliyev Nazarbayevə zəng etdi

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev Nazarbayevə zəng etdi

Siyasət

20 Mart 2019 19:38 1186


Azərbaycan prezidenti İlham Əliyev martın 20-də Qazaxıstan xalqının lideri, Təhlükəsizlik Şurasının sədri Nursultan Nazarbayevə telefonla zəng edib. 

“Yeni Sabah” xəbər verir ki, dövlət başçısı Nursultan Nazarbayevin prezidentlik fəaliyyəti dövründə Qazaxıstanın inkişafı, firavanlığı və əmin-amanlığının təmin olunması istiqamətində yorulmaz səylər göstərdiyini vurğulayıb, onun Heydər Əliyevlə dostluq münasibətlərinin ölkələrimiz arasında ikitərəfli əlaqələrin əsasını qoyduğunu qeyd edib. Əliyev Nursultan Nazarbayevə gələcək fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.

Nursultan Nazarbayev göstərilən diqqətə və xoş sözlərə görə Əliyevə minnətdarlığını bildirib. Dominos pizza

İlham Əliyev və Nursultan Nazarbayev Azərbaycan ilə Qazaxıstan arasında dostluq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!