İlham Əliyev Putinlə Qarabağı müzakirə etdi

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev Putinlə Qarabağı müzakirə etdi

Siyasət

19 May 2021 19:31 1326


Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Qarabağ ətrafındakı vəziyyət müzakirə olunub.

Yenisabah.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, söhbət zamanı bölgədə təhlükəsizlik və sabitliyin təmin olunması üçün praktik vəzifələrin həllinin 10 Noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların müddəalarına uyğun olaraq həyata keçirilməsinin vacibliyi vurğulanıb. Marqarita pizza

Ölkə liderləri ikitərəfli münasibətlərin əsas məsələləri barədə də fikir mübadiləsi aparıb, bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduqlarını ifadə ediblər.

Həmçinin Prezident İlham Əliyev rusiyalı həmkarına “Sputnik V” peyvəndinin Azərbaycana çatdırılması üçün səmimi təşəkkürünü bildirib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!