İlham Əliyev qazaxıstanlı vəzifədaşına zəng vurdu

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev qazaxıstanlı vəzifədaşına zəng vurdu

Siyasət

17 May 2024 14:03 563


Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə zəng edib.

Yenisabah.az xəbər verir ki, Prezident İlham Əliyev Kasım-Jomart Tokayevi ad günü münasibətilə təbrik edib, ona cansağlığı və dövlətçilik fəaliyyətində uğurlar arzulayıb.

Kasım-Jomart Tokayev göstərilən diqqətə və təbrikə görə təşəkkürünü bildirib. Pepperoni pizza

Telefon söhbəti zamanı yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığımızın daha da möhkəmlənməsi işinə xidmət etdiyi vurğulanıb, bu baxımdan bir müddət əvvəl Qazaxıstan Prezidentinin ölkəmizə səfərinin önəminə toxunulub.

Dövlət başçıları Azərbaycan ilə Qazaxıstan arasında dostluq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildiriblər, əməkdaşlığın perspektivləri və gələcək təmaslar barədə fikir mübadiləsi aparıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!