İlham Əliyev Səfərbərlik Xidməti ilə bağlı fərman imzaladı

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev Səfərbərlik Xidməti ilə bağlı fərman imzaladı

Siyasət

14 Aprel 2022 18:12 630


“Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə” təsdiq edilib.

Yenisabah.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.

Bundan başqa, “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi qulluqçularının hərbi geyim formasının və fərqləndirmə nişanlarının təsvirləri” də təsdiq edilib. Dördpendirli pizza

Nazirlər Kabineti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi qulluqçularının hərbi geyim forması və ləvazimat ilə təmin edilməsi normalarını iki ay müddətində müəyyən etməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!