İlham Əliyev Selçuk Bayraktara “Qarabağ” ordeni verdi

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev Selçuk Bayraktara “Qarabağ” ordeni verdi

Maraqlı

01 Aprel 2021 15:12 847


Bakıda səfərdə olan Selçuk Bayraktar Prezident İlham Əliyevlə olan fotosunu "Twitter"də paylaşıb və yazıb:

"Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən "Qarabağ" ordeninə layiq görüldüyüm üçün böyük şərəf və qürur duyuram".

Yenisabah.az xatırladır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 1-də Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarı və “ASELSAN” şirkətinin idarə heyətinin rəhbəri və baş direktoru Haluk Görgünü qəbul edib. Dördpendirli pizza

Qeyd edək ki, Azərbaycan Ordusu 2020-ci ilin 27 sentyabr - 10 noyabr tarixləri arasında apardığı Vətən müharibəsi zamanı Selçuk Bayraktarın yaratdığı “Bayraktar TB2” pilotsuz uçuş aparatından (PUA) geniş istifadə etməklə işğalçı erməni qüvvələrinə sarsıdıcı zərbələr vurub.

Selçuk Bayraktar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkənidir.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!