İlham Əliyev yəhudi icmasını təbrik etdi

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev yəhudi icmasını təbrik etdi

Siyasət

26 Sentyabr 2019 16:44 898


Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasına yeni il bayramı Roş-Ha-Şana münasibətilə təbrik məktubu göndərib.

"Yeni Sabah" xəbər verir ki. təbrikdə deyilir:

"Hörmətli həmvətənlər! Sizi – respublikamızın yəhudi əsilli vətəndaşlarını yeni il bayramınız Roş-Ha-Şana münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm. pizza mizza

Bu gün dünyada multikulturalizmin mərkəzlərindən biri kimi tanınan Azərbaycanda əsrlər boyu müxtəlif etnik və dini qrupların nümayəndələri, o cümlədən yəhudilər dostluq, mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşamış, heç vaxt antisemitizmə və ayrı-seçkiliyə məruz qalmadan milli-mədəni və dini dəyərlərini günümüzədək qoruyub saxlamışlar.

Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, cəmiyyətimizin ayrılmaz hissəsi olan yəhudi icması əsl vətəndaşlıq və Azərbaycançılıq mövqeyindən çıxış edərək respublikamızın tərəqqisi naminə həyata keçirilən böyük quruculuq işlərində və ictimai-siyasi proseslərdə fəal iştirak edir. Əminəm ki, yəhudi əsilli həmvətənlərimiz bundan sonra da ümumi evimiz olan Azərbaycanın daha da çiçəklənməsi üçün səylərini əsirgəməyəcəklər.

Hər il təntənə ilə qeyd olunan Roş-Ha-Şana yeniliyi, mənəvi saflığı və xeyirxahlığı təcəssüm etdirir. Qoy bu bayram hamınızın həyatına xoş ovqat, ailələrinizə səadət və sevinc gətirsin.

Bayramınız mübarək olsun!"


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!