İlham Əliyevdən ölkə gənclərinə jest

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyevdən ölkə gənclərinə jest

Siyasət

28 İyun 2019 19:25 1609


Prezident İlham Əliyev Gənclər üçün Prezident Mükafatının təsis edilməsi haqqında fərmanda dəyişiklik edib.

“Yeni Sabah” xəbər verir ki, fərmanın preambulada və 1-ci hissədə "və ictimai fəaliyyət” sözləri ", gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti” sözləri ilə və 1-ci hissədə "altı” sözü "on” sözü ilə əvəz edilib.

Həmin Fərmanın 2-ci hissəsi ilə təsdiq edilmiş "Gənclər üçün Prezident Mükafatının Əsasnaməsi” yeni redaksiyada təsdiq edilib.  Sezar pizza

Qeyd edək ki, əvvəlki fərmanda yalnız Azərbaycan gənclərinin elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil və ictimai fəaliyyət sahələrindəki gənclərin mükafatlandırılması nəzərdə tutulurdu. 

Həmin fərmana görə qeyd olunan sahələrində xüsusi fərqlənən gənclər üçün, ildə bir dəfə verilməklə, altı ədəd 10000  (on min) manat məbləğində Prezident Mükafatı təsis edilmişdi. İndi bu mükafatların sayı 10-a qaldırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!