“İlham Əliyevə rəqib olmaq asan deyil”

saytların hazırlanması

Evə çatdırılma

“İlham Əliyevə rəqib olmaq asan deyil”

Siyasət

07 Dekabr 2023 17:47 534


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkilərinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb. 

 Yenisabah.az xəbər verir ki, “Qafqazinfo” “Ümid” Partiyasının sədri İqbal Ağazadənin seçkilərdə iştirak edib-etməyəcəyi ilə maraqlanıb. 

İqbal Ağazadə bildirib ki, “Ümid” Partiyasının seçkilərdə iştirak etməsi üçün nizamnamə tələblərinə uyğun olaraq partiya rəhbərliyi bununla bağlı qərar qəbul etməlidir:  Marqarita pizza

“Sabah saat 10:00-da partiyanın idarə heyətinin iclası keçiriləcək. İdarə heyətinin qərarından sonra nəticələri mətbuata açıqlayacağıq. Məşvərət Məclisinin qəbul edəcəyi qərardan sonra biz seçkilərdə iştirak edib-etməmək barədə yekun rəyimizi formalaşdıracağıq. Hesab edirəm ki, Azərbaycan Respublikasının  “Siyasi partiyalar haqqında” Qanunu siyasi partiyaların üzərinə seçkilərdə iştirakla bağlı bir öhdəlik qoyur. Hər halda bu da nəzərə alınacaq”. 

İqbal Ağazadə vurğulayıb ki, seçkilərdə iştirak həm təbliğat, seçici ilə ünsiyyət, həm də “Siyasi partiyalar haqqında” Qanunun tələbidir: 

“Açıq etiraf edək ki, xüsusilə Qarabağ qələbəsindən qısa müddət sonra Prezident İlham Əliyevə rəqib olmaq elə də asan deyil”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!