İlham Əliyevin namizədliyi qeydə alındı 

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyevin namizədliyi qeydə alındı 

Siyasət

30 Dekabr 2023 16:55 608


Hakim Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülən İlham Əliyevin namizədliyi qeydə alınıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə qərar Mərkəzi Seçki Komissiyanın (MSK) bu gün keçirilən iclasında qəbul edilib.

Məsələ barədə məlumatı MSK sədri Məzahir Pənahov təqdim edib. Marqarita pizza

Xatırladaq ki, YAP İdarə Heyəti dekabrın 15-də İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb. Dekabrın 16-da YAP İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə sənədləri MSK-ya təqdim edib.

MSK dekabrın 19-da İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib.

İndiyədək 15 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!